» » » Azərbaycan güləşçisinin əlindən alınan olimpiya medalının yeni sahibi müəyyənləşib

Azərbaycan güləşçisinin əlindən alınan olimpiya medalının yeni sahibi müəyyənləşib

Azərbaycan güləşçisinin əlindən alınan olimpiya medalının yeni sahibi müəyyənləşib
2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən güləşçilərinin medallarının hansı ölkə təmsilçilərinə təqdim olunacağı açıqlanıb.

ucarliyiq.bizun Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin cəzalandırdığı pəhləvanlar arasında Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da var. UWW 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovu "Pekin-2008"in medalçıları siyahısından çıxarıb. Əvəzində gümüş medal onun yarımfinalda məğlub etdiyi qazaxıstanlı Nurbaxıt Tengizbayevə verilib. Bu halda qərara əsasən, Tengizbayevin olimpiada vaxtı əldə etdiyi bürünc medal onun 3-cü yer uğrunda görüşdə yendiyi çinli Tszyan Şenə çatıb. Azərbaycan təmsilçisi finalda rusiyalı İslambek Albiyevə uduzmuşdu.

Qeyd edək ki, "Pekin-2008"də medaldan məhrum edilən digər yunan-Roma güləşçiləri qazaxıstanlı Asset Mambetov (96 kq) və Xasan Baroyev (120 kq) olub. Mambetovun bürünc medalı Marek Şveçə (Çexiya), Baroyevin "gümüş"ü isə Mindauqas Mizqaytisə (Litva) verilib. "London-2012"də orqanizmindən istifadəsi qadağan olunmuş maddə tapılanlar isə sərbəst güləş üzrə 60 kq çəki dərəcəsindəki final görüşündə Azərbaycan təmsilçisi Toğrul Əsgərova məğlub olan Besik Kuduxov (Rusiya), 74 kq-da Soslan Tigiyev (Özbəkistan) və Taymuraz Tigiyev (96 kq) olub. Kuduxov artıq dünyasını dəyişdiyi üçün medalı heç kimə verilməyib. Tigiyev qardaşlarının gümüş medalları isə müvafiq olaraq, Murad Qaydarov (Belarus) və Georgi Qoqşelidzeyə (Gürcüstan) verilib.