» » » Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb
Avropa Liqasının I qrupunda V turun “Şalke 04” (Almaniya) – “Nitsa” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

ucarliyiq.bizun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.

Qeyd edək ki, oyun noyabrın 24-də Gelsenkirçen stadionunda keçiriləcək.