» » » Türkiyə Super Liqasının yayım hüququ 500 milyon dollara satılıb

Türkiyə Super Liqasının yayım hüququ 500 milyon dollara satılıb

Türkiyə Super Liqasının yayım hüququ 500 milyon dollara satılıb
Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət müəyyənləşib.

ucarliyiq.bizun Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən tenderin qalibi "Digiturk" şirkəti olub.

Şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümdə (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı üçün federasiyaya 500 milyon dollar ödəyəcək.

TFF prezidenti Yıldırım Demirören tenderlə 5 şirkətin maraqlandığını, ancaq bunlardan 2-nin iştirak etdiyini bildirib.

Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.