» » » Azərbaycan yığmasının baş məşqçisi: "Vitali Rəhimov dopinqdən istifadə etməz"

Azərbaycan yığmasının baş məşqçisi: "Vitali Rəhimov dopinqdən istifadə etməz"

Azərbaycan yığmasının baş məşqçisi: "Vitali Rəhimov dopinqdən istifadə etməz"
"Məncə, bu haqsızlıqdır. Çünki 8 ildən sonra belə qərar düzgün deyil".

ucarliyiq.bizun məlumatına görə, bu fikirləri yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi əvəzi Akif Əliyev jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testin təkrar analizinin müsbət nəticə verməsi səbəbindən gümüş medalın idmançıdan alınmasına münasibət bildirən A.Əliyev həmin olimpiadada orada olduğunu bildirib: "Özüm həmin olimpiadada idim. Dopinqin nəticələri 3, 6 aydan sonra aydınlığa çıxır. İnanmıram ki, Vitali Rəhimov dopinqdən istifadə etsin. Belə idmançılar həkimin icazəsi olmadan heç bir iynə, dərman qəbul etmirlər. Bu haqsızlıqdır. Amma haqsızlığın nə ilə bağlı olduğunu deyə bilmərəm. Ancaq onda dopinq çıxmasına inanmaram. O elə idmançı olmayıb. Uğur qazanıb, Azərbaycanı təmsil edib. Bu cür idmançıdan dopinq çıxa bilməz".

Qeyd edək ki, "Pekin-2008" iştirakçılarının təkrar dopinq testi nəticəsində V.Rəhimovun analizi müsbət nəticə verib. Bu səbəbdən Dünya Güləş Birliyi idmançının qazandığı gümüş medalın ondan alınması ilə bağlı qərar qəbul edib.