» » » "Qəbələ" - "Anderlext" oyununu ukraynalı hakimlər idarə edəcək

"Qəbələ" - "Anderlext" oyununu ukraynalı hakimlər idarə edəcək

"Qəbələ" - "Anderlext" oyununu ukraynalı hakimlər idarə edəcək
"Qəbələ" klubunun Belçika "Anderlext"i ilə keçirəcəyi futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V tur matçı üçün hakim təyinatları açıqlanıb.

ucarliyiq.bizun məlumatına görə, noyabrın 24-də baş tutacaq qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Levgeniy Aranovskyi olacaq.

Hakim-inspektor: İqor Satkii (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" oyunu saat 20:00-da başlayacaq.