» » » "Slovan" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Slovan" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Slovan" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
"Qarabağ" klubunun Çexiyada "Slovan"la keçirəcəyi futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V tur matçı üçün hakim təyinatı açıqlanıb.

ucarliyiq.bizun məlumatına görə, noyabrın 24-də baş tutacaq qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Stefan Yohannesson olacaq.

Avropa Liqası, qrup mərhələsi, V tur

22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Stefan Yohannesson

Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum

Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson

Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San Marino)

UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)