» » » "Qarabağ" klubu ölkə çempionatında 10-cu "quru" ev oyununu keçirib

"Qarabağ" klubu ölkə çempionatında 10-cu "quru" ev oyununu keçirib

"Qarabağ" klubu ölkə çempionatında 10-cu "quru" ev oyununu keçirib
"Qarabağ" klubu futbol üzrə Azərbaycan Premyer Liqasının bu mövsümdə keçirdiyi 5-ci ev oyununda "quru" hesablı qələbə qazanıb.

ucarliyiq.bizun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XII turda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.

On oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ötən mövsüm martın 30-da keçirilən "Rəvan"la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klub tarixində ən uğurlu seriyadır.

Ardıcıl 14-cü ev qələbəsini qazanan "Qarabağ"ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu "Qəbələ" ilə heç-heçə edib - 1:1.

2015-ci fevralın 28-də "Qəbələ"yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlub olmur.