» » » ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib
Alman mütəxəssis Yurgen Klinsmann futbol üzrə ABŞ milli komandasının baş məşqçisi və texniki direktoru vəzifələrindən istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Biz Klinsmann ilə ayrılmaq barədə çətin qərar qəbul etdik. Ona son beş ildə gərgin əmək və komandaya sədaqətinə görə təşəkkür etmək istəyirik", - deyə məlumatda bildirilir.

Alman mütəxəssis ABŞ millisinə 2011-ci ildə gətirilib.

Komanda dünya çempionatı – 2018-in təsnifat mərhələsinə uğursuz başlayıb. Yığma iki oyunda məğlub olaraq Şimali və Cənubi Amerika və Karib dənizi hövzəsi ölkələri zonasının turnir cədvəlində 6-cı pillədə qərarlaşır.