» » » “Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir

“Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir

“Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir
İspaniyanın “Real” klubundan 8, “Barselona”dan isə 5 futbolçu UEFA versiyası üzrə 2016-cı ilin rəmzi yığmasının namizədləri siyahısına düşüb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Siyahıda ümumilikdə 40 oyunçunun adı var. Ən çox namizəd "Real"a məxsusdur. "Barselona" və "Atletiko" ikinci yeri bölüşür. Siyahıda İtaliyanın “Yuventus” klubunun da üç namizədi var.

Səsvermə yanvarın 3-də başa çatacaq, komandanın heyəti isə ayın 5-də elan olunacaq.