» » » “Vest Hem” Azərbaycanda çempion olan futbolçu ilə müqavilə imzalayıb

“Vest Hem” Azərbaycanda çempion olan futbolçu ilə müqavilə imzalayıb

“Vest Hem” Azərbaycanda çempion olan futbolçu ilə müqavilə imzalayıb
İngiltərənin “Vest Hem” klubu Portuqaliyanın futbol üzrə gənclər yığmasının 16 yaşlı yarımmüdafiəçisi Dominquş Kina ilə müqavilə imzalayıb.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.

Kina 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub və turnirdə 2 qol vurub.