» » » "Tokio-2020" olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq

"Tokio-2020" olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq

"Tokio-2020" olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq
2020-ci il Tokio Yay Olimpiya Oyunlarının büdcəsi 2 trilyon yenədək (18,2 milyard dollar) azaldılacaq. ucarliyiq.biz xəbər verir ki, bu barədə "Kiodo" agentliyi Oyunların Təşkilat Komitəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, xərclərin yeni smetası noyabrın 29-da Yaponiya paytaxtında Beynəlxalq Olimpiya Komitəsi, Tokio və Yaponiyanın mərkəzi hakimiyyətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək iclasda təqdim olunacaq.

Qeyd edək ki, bunadək 2020-ci il olimpiadasının büdcəsinin 3 trilyon yen (29,5 milyard dollar) təşkil edəcəyi güman olunurdu. Lakin bu məbləğ İOC və Tokio qubernatoru Yuriko Koikenin tənqidlərinə məruz qalmışdı. Nəticədə layihə ixtisara doğru ciddi korrektəyə məruz qalıb