» » » "Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək

"Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək

"Qəbələ"nin Avropa Liqasındakı rəqibi Bakıya itki ilə gələcək
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V turunda "Qəbələ"nin qonağı olacaq Belçika "Anderlext"i Bakıya itki ilə gələcək. ucarliyiq.bizun Brüssel klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın rumıniyalı futbolçusu Aleksandru Çipçiu zədələnib.

O, ölkə çempionatının XV turunda "Zulte Varegem"ə 2:3 hesabı ilə uduzduqları oyunun ilk hissəsinin sonlarında xəsarət alıb və fasilədə əvəzlənib.

Tibbi müayinədən sonra 27 yaşlı hücumçunun yaşıl meydanlardan 3 həftəyədək kənarda qalacağı məlum olub. Bu halda Çipçiu Avropa Liqasının qrup mərhələsinin son turunda Fransa "Sent-Etyen"i ilə baş tutacaq görüşdə də forma geyinməyəcək. Üstəlik, onun ölkə çempionatında da ən azı 3 tur buraxacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" oyunu saat 20:00-da başlayacaq.