» » » Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət "Azərreyl" və "Telekom" komandalarının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, A və C qruplarında yer alan ölkə təmsilçiləri dekabrın 15-dən mübarizəyə start verəcək.

A qrupunda yer alan vitse-çempion "Telekom" ilk oyununu İtaliyada "İmoko Volley"ə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. "Telekom" III turda da İtaliyaya səfər edəcək. Bu dəfə rəqib "Liu Jo Nordmeccanica" olacaq. Oyunun günü və başlama saatı açıqlanmayıb. "Telekom" sonuncu səfər görüşünü fevralın 21-də Polşanın "Ximik" komandasına qarşı keçirəcək.

Bakı təmsilçisi ilk ev oyununda 2017-ci il yanvarın 10-da "Ximik" klubunu qəbul edəcək. "Telekom" növbəti ev oyunlarını fevralın 8-də "Nordmekkanika"ya, bundan 20 gün sonra isə "İmoko Volley"ə qarşı keçirəcək. Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək hər üç görüş saat 17:00-da başlayacaq.

C qrupunda mübarizə aparacaq çempion "Azərreyl" isə ilk oyununu evdə keçirəcək. Azərbaycan təmsilçisi dekabrın 15-də Polşanın "Dabrova Qornitsa", fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. Bakı Voleybol Mərkəzində keçiriləcək görüşlər saat 18:00-da başlayacaq.

"Azərreyl"in ilk səfəri yanvarın 11-də Türkiyəyə olacaq. İstanbulda "Fənərbağça" ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yanvarın 25-də Fransada yarışacaq komanda Bakı vaxtı ilə saat 23:30-da "Sen-Rafael"lə münasibətlərinə aydınlıq gətirəcək. "Azərreyl"in Polşa səfərinin vaxtı və oyunun başlama saatı açıqlanmayıb.