» » » Azərbaycanın qadın boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatında finala yüksəlib
Sofiya. 22 noyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının yarımfinal görüşlərinə start verilib.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanın yarımfinala yüksələn qadın boksçularından ilk olaraq rinqə 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova çıxıb.

O, fransalı Delfin Mançinilə döyüşdən qalib ayrılıb. Digər cütün qalibi isə rusiyalı Viktoriya Kuleşovanı məğlub edən ev sahibi Stanimira Petrova olub. Əlimərdanova ilə Petrova arasındakı final görüşü noyabrın 23-də olacaq.

Az sonra digər yarımfinal görüşləri olacaq. Yelena Vıstropova (69 kq) rusiyalı Səadət Abdullayevanı, Leyla Cavadova (81 kq) türkiyəli Elif Güneri, Aynur Rzayevadı (+ 81 kq) isə daha bir rusiyalı Zemfira Maqomedaliyevanı sınağa çəkəcək.