» » » "Araz" klubu elit-raundda ilk oyununu keçirəcək

"Araz" klubu elit-raundda ilk oyununu keçirəcək

"Araz" klubu elit-raundda ilk oyununu keçirəcək
Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində ilk oyununu keçirəcək. ucarliyiq.bizun məlumatına görə, rəqib Xorvatiyanın "Nasional" klubu olacaq.

"Araz"ın "Dördlər finalı"na vəsiqə verən qrup qalibi uğrunda mübarizədə digər rəqibləri Rusiyanın "Uqra Yuqorsk” və Almaniyanın "Hamburq” komandaları olacaq.

UEFA kubokunun elit-raundu, Qrup mərhələsi, I tur

23:30. "Nasional" (Zaqreb, Xorvatiya) - "Araz" (Naxçıvan, Azərbaycan)

Hakimlər: Eduardo Fernandes Koelyo (Portuqaliya), Qabriel German (Rumıniya)