» » » "Qəbələ"nin Avropa Liqasında mübarizədən kənarlaşdırdığı klubun baş məşqçisi istefaya göndərilib

"Qəbələ"nin Avropa Liqasında mübarizədən kənarlaşdırdığı klubun baş məşqçisi istefaya göndərilib

"Qəbələ"nin Avropa Liqasında mübarizədən kənarlaşdırdığı klubun baş məşqçisi istefaya göndərilib
Fransanın "Lill" futbol komandasının baş məşqçi Frederik Antonetti istefaya göndərilib. ucarliyiq.bizun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar 55 yaşlı mütəxəssislə klub prezidenti Mişel Seydu arasındakı görüşdən sonra qəbul olunub.

Tərəflər qarşılıqlı razııq əsasında gerçəkləşən istefanın maliyyə tərəfi barədə açıqlama verməyiblər. Hələlik Antonettini kimin əvəzləyəcəyi məlum deyil. Əsas namizəd kimi Türkiyə "Fənərbağça"sının sabiq baş məşqçisi Vitor Pereyra göstərilib.

Qeyd edək ki, Frederik Antonetti "Lill"ə 2015-ci ilin noyabrında baş məşqçi təyin olunub. Bundan sonra komanda autsayderlikdən 5-ci pilləyədək irəliləməyi bacarıb. Amma "Lill"in uğursuzluqları 2016-cı ilin yayından başlayıb. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"yə iki oyunun nəticəsində uduzaraq (1:1, 0:1) mübarizəni dayandıran klub Fransa Liqasında ilk 13 turdan sonra 10 xalla 19-cu pillədə qərarlaşıb.