» » » Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib
Tatarıstandan olan idmançı, dəfələrlə kikboksinq üzrə dünya çempionu adı qazanmış Musa Musalayev Almaniyanın Noy-Ulm şəhərində öldürülüb.

Bu barədə ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir.

Almaniya KİV-nin məlumatına görə, 37 yaşlı idmançını ötən həftənin cümə günü maskalı naməlum şəxs güllələyib. O, hadisədən sonra avtomobillə aradan çıxıb.

Hazırda polis şahid ifadələrini araşdırır və bu cinayətlə 7 ay əvvəl baş vermiş qətl hadisəsi arasında əlaqənin olub-olmadığını yoxlayır. O vaxt Baden-Vürtemberq federal torpağında kikboksinq üzrə başqa bir dünya çempionu güllələnib.

Qeyd edək ki, "Şahzadə" ləqəbli Musa Musalayev müxtəlif kateqoriyada keçirilən kikboksinq yarışlarda dünya çempionu oldu. O, 2013-cü ildə karyerasını başa vurduqdan sonra Almaniyaya köçüb.