» » » İsrailin baş konsulu: "Azərbaycanda idmana dövlət səviyyəsində yanaşma xoşuma gəldi"

İsrailin baş konsulu: "Azərbaycanda idmana dövlət səviyyəsində yanaşma xoşuma gəldi"

İsrailin baş konsulu: "Azərbaycanda idmana dövlət səviyyəsində yanaşma xoşuma gəldi"
"Azərbaycanın idmana dövlət səviyyəsində yanaşması mənim xoşuma gəldi".

ucarliyiq.biz xəbər verir ki, bunu İsrailin Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Mixael Lotem "SportsDaily" nəşrinə müsahibəsində deyib.

O, İsraildə idmanın inkişafdan geri qalması ilə bağlı söhbət əsnasında Rusiyaya bir neçə il işlədiyi Azərbaycandan gəldiyini xatırladıb və burada idmana göstərilən qayğıdan məmnun qaldığını bildirib:

"Azərbaycanı əhalisinin sayına görə İsrail ilə müqayisə etmək olar. Azərbaycanın idmana dövlət səviyyəsində yanaşması mənim xoşuma gəldi. Kiçik ölkənin bütün idman növlərini inkişaf etdirməsinə gərək yoxdur. Əhali arasında daha çox məşhur olan idman növlərinə yatırım etmək lazımdır və bu öz nəticəsini verəcək".

Baş konsul jurnalistin "müqayisə etmək olar, lakin Azərbaycan İsraildən fərqli olaraq neftlə zəngin ölkədir" müdaxiləsinə gülərək, "İsraildə də qaz yatağı aşkar olunub", deyə cavab verib.