» » » "Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib
Bu gün "Araz" futzal klubu UEFA Kubokunun elit-raund mərhələsində ikinci oyununa çıxıb.

ucarliyiq.biz xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi Rusiyanın "Qazprom Yuqra" klubu olub.

Matç çempionumuzun "Dördlər finalı"na yüksəlmək perspektivinin üstündən birdəfəlik xətt çəkib. "Araz" ilk matçda olduğu kimi ikinci oyunda da uduzaraq şansını itirib. Ruslar Almaniyanın "Hamburq" klubu ilə matçda olduğu kimi 4:0 hesabı ilə qalib gəliblər.

24 noyabr

UEFA Kuboku, elit-raund mərhələsi

II tur

21:00. "Araz" (Azərbaycan) - "Qazprom Yuqra" (Rusiya) - 0:4

Qollar: Eder Lima, 10, Marseniya, 28, Çişkala, 32, Kayo, 34

Hakimlər: Paskal Lemal (Belçika), Eduardo Koelho Fernandes (Portuqaliya)

Zaqreb. Dom Sportova İdman Kompleksi

Qeyd edək ki, "Araz" ilk oyunda meydan sahibinə - Xorvatiyanın "Nasional" klubuna 1:2 hesabı ilə uduzub.