» » » Azərbaycanın qadın güləşçiləri "Qızıl Qran Pri"də mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri "Qızıl Qran Pri"də mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri "Qızıl Qran Pri"də mübarizəyə başlayır
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə keçirilən güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikinci günündə qadın güləşçilər yarışacaq. ucarliyiq.bizun məlumatına görə, mübarizələr 48 kq, 53 kq, 55 kq, 58 kq, 60 kq, 63 kq, 69 kq və 75 kq çəkilərdə olacaq.

Azərbaycan yalnız 58 kq çəkidə idmançı ilə təmsil olunmayacaq. 48 kq çəkidə Patimat Baqomedova rumıniyalı Emilia Vukla, Şəfəq Muradzadə isə ABŞ güləşçisi Viktoriya Antoni ilə mübarizə aparacaq. 53 kq-da iki azərbaycanlı güləşçi - Leyla Qurbanova və Anjela Doroqan yarışacaq. Səbinə Həmzəzadənin rəqibi isə kanadalı Samanta Stevart olacaq. 58 kq-da 3 idmançımız çıxış edəcək. Solmaz Həşimzadə braziliyalı Culia Rodrigeslə, Alyona Kolesnik macarıstanlı Ramona Qalamboşla, Şəbnəm Əhmədova isə rusiyalı Nina Menkenova ilə yarışacaq. Adı çəkilən idmançılar 1/8 finaldan mübarizəyə qoşulacaq.

60 kq-da çıxış edən Tatyana Omelçenkonun rəqibi müəyyənləşməyib. İrina Netreba isə yaponiyalı Ayako İtonu məğlub etməyə çalışacaq. Qadın pəhləvanlar 1/4 finalda döşək üzərinə çıxacaq. 63 kq-da Elmira Qəmbərova belaruslu Nade Draqunovaya, 69 kq-da Elis Monolova Zarina Kunanqarayevaya rəqib olub. Bu idmançılar da 1/8 finaldan mübarizəyə start verəcək.

75 kq çəkidə çıxış edən Səbirə Əliyeva isə 1/8 finalda kolumbiyalı Karolina Olaya uduzub.

Qeyd edək ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır. Azərbaycanın sərbəst güləşçiləri ilk yarış günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medallar Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənovun (74 kq), gümüş medal Gitinomaqomed Hacıyevin (70 kq), bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.