» » » Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib
Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.

ucarliyiq.bizun məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

İCF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Qeyd edək ki, Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.