» » » İngiltərə polisi üç futbolçunun cinsi zorakılığa məruz qalması faktını araşdırır

İngiltərə polisi üç futbolçunun cinsi zorakılığa məruz qalması faktını araşdırır

İngiltərə polisi üç futbolçunun cinsi zorakılığa məruz qalması faktını araşdırır
"Bury" və "Şeffield Yunayted" klubunun sabiq futbolçusu 43 yaşlı Andi Vudvardın keçmiş baş məşqçi Barri Bennelli tərəfindən cinsi zorakılığa məruz qaldığı iddiası ilə əlaqədar İngiltərə polisi istintaq başlayıb.

ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, uşaqları qorumaq üçün 1884-ci ildə paytaxt Londonda qurulan Uşaqlara İşgəncənin Qarşısının Alınması Dərnəyi (NSPCC) bu mövzuyla əlaqədar yaratdığı "qaynar xətt"inə 100-dən çox telefon zənglərinin gəldiyini açıqlayıb.

Qeyd edək ki, Andi Vudvard, Stev Valters və Devid Uayt televiziya proqamında keçmiş baş məşqçi B.Bennelli tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər. B.Bennelli 1998-ci ildə 6 uşağa qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinərək 9 il həbs cəzası alıb. Ötən il isə o, bir uşağa cinsi təcavüz etməkdə ittiham olunaraq barəsində 2 il hökm cəzası çıxarılıb.