» » » Emin Mahmudov "Boavişta"nın heyətində debüt edib

Emin Mahmudov "Boavişta"nın heyətində debüt edib

Emin Mahmudov "Boavişta"nın heyətində debüt edib
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

ucarliyiq.biz xəbər verir ki, komanda XI turda 3-cü pillədə qərarlaşan "Sportinq"i qəbul edib.

Matç "Boavişta"nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyunda yeganə qolu 25-ci dəqiqədə Bas Dost vurub. "Sportinq" son dəqiqələrdə azlıqda qalsa da, meydan sahibləri bundan yararlana bilməyiblər.

Qarşılaşma millimizin üzvü Emin Mahmudovun debütü ilə yadda qalıb. Gənc yarımmüdafiəçi 75-ci dəqiqədə meydana daxil olmaqla "Boavişta"da rəsmi debütünü gerçəkləşdirib. Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub.

"Sportinq"də isə yığmamızın digər üzvü, yarımmüdafiəçi Budaq Nəsirov çıxış edir. Ancaq 21 yaşlı futbolçumuz əsas yox, əvəzedici komandada oynayır.

Qeyd edək ki, "Boavişta" 11 oyundan 13 xalla turnir cədvəlində 11-ci pillədə yer alıb.

Portuqaliya çempionatı, XI tur

22:15. "Boavişta" - "Sportinq" - 0:1

Qol: Bas Dost, 25

Qırmızı vərəqə: Ruben Semedo, 83 ("Sportinq", ikinci sarı)