» » » Azərbaycan Kubokunda 1/8 final oyunlarının başlama saatı açıqlanıb

Azərbaycan Kubokunda 1/8 final oyunlarının başlama saatı açıqlanıb

Azərbaycan Kubokunda 1/8 final oyunlarının başlama saatı açıqlanıb
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. ucarliyiq.bizun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhələnin görüşləri 2 gün ərzində gerçəkləşəcək.

İlk oyunda I Divizion təmsilçisi MOİK Premyer Liqada çıxış edən "Sumqayıt"ı qəbul edəcək. Mərhələnin son matçında isə "Qarabağ" və "Səbail" klubları-üz-üzə gələcək. "Şahdağ" isə "Kəpəz"i Qusarda deyil, "Bayıl Arena"da qəbul edəcək.

2 dekabr

14:00. MOİK - "Sumqayıt"

Bakı. "Bayıl Arena"

15:00. "İnter" - "Qaradağ Lökbatan"

Bakı. "İnter Arena" (CBC Sport, canlı)

16:00. AZAL - "Rəvan"

Bakı. "AZAL Arena"

17:00. "Neftçi" - "Şərurspor"

Bakı. "Bakcell Arena"

3 dekabr

13:00. "Turan Tovuz" - "Zirə"

Tovuz. Tovuz şəhər stadionu

13:00. "Şahdağ" - "Kəpəz"

"Bayıl Arena"

15:00. "Qəbələ" - "Zaqatala"

Qəbələ. Qəbələ şəhər stadionu

17:00. "Qarabağ" - "Səbail"

Bakı. "Azersun Arena" (CBC Sport, canlı)