» » » Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb
Bakı.28 noyabr. REPORT.AZ/ Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib.

ucarliyiq.bizun oyunu canlı izləyən əməkdaşının məlumatına görə, 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.

Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.