» » » FİFA prezidenti futbol ictimaiyyətinə başsağlığı verib

FİFA prezidenti futbol ictimaiyyətinə başsağlığı verib

FİFA prezidenti futbol ictimaiyyətinə başsağlığı verib
FİFA prezidenti Canni İnfantino Braziliyanın "Şapekoense” klubunun futbolçularının da olduğu təyyarənin qəzaya uğramasından danışıb. ucarliyiq.bizun qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, C.İnfantino futbol üçün ağır gün olduğunu bildirib.

O, Kolumbiyadakı qəza səbəbindən şoka düşdüyünü deyib: "Futbol adına çox ağır gündür. Bu, faciəvi xəbərdir. Bu çətin anda bizim fikrimiz mərhumların ailələri və dostlarının yanındadır. FİFA "Şapekoense"nin azarkeşlərinə, futbol ictimaiyyətinə və Braziliya mətbuatına başsağlığı verir".

Qeyd edək ki, son məlumatlarda qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 6-nın sağ qaldığı bildirilir. Amma sağ qalanlardan biri xəstəxanada keçinib.