» » » Braziliyada təyyarə qəzası ilə əlaqədar 3 günlük matəm elan olunub

Braziliyada təyyarə qəzası ilə əlaqədar 3 günlük matəm elan olunub

Braziliyada təyyarə qəzası ilə əlaqədar 3 günlük matəm elan olunub
Braziliya Prezidenti Mişel Temer "Şapekoense" klubunun futbolçularının təyyarə qəzasında həlak olması ilə əlaqədar başsağlığı verib.

ucarliyiq.bizun məlumatına görə, dövlət başçısı qəza qurbanlarının yaxınları və əzizlərinin ağrılarını yüngülləşdirmək üçün mümkün olanı edəcəyini bildirib.

Faciə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

Qeyd edək ki, "Şapekoense" Kolumbiyaya "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun finalına yollanarkən, təyyarə qəzasına düşüb. Qəza nəticəsində 76 nəfər ölüb. Qəzadan sağ çıxanlardan qapıçı Danilu isə xəstəxanada dünyasını dəyişib. İki oyunçu, klub masajçısı və stüardessanın vəziyyəti isə sabit qiymətləndirilir.