» » » Qəzaya düşən komandanın rəqibi Cənubi Amerika Kubokundan imtina edib

Qəzaya düşən komandanın rəqibi Cənubi Amerika Kubokundan imtina edib

Qəzaya düşən komandanın rəqibi Cənubi Amerika Kubokundan imtina edib
Kolumbiyanın "Atletiko Nasyonal" klubu Braziliyanın "Şapekoense" komandasının Cənubi Amerika Kubokunun qalibi elan olunmasını təklif edib.

ucarliyiq.bizun "Esportebandab" portalına istinadən verdiyi məlumata görə, klub Cənubi Amerika Futbol Konfederasiyası qarşısında məsələ qaldırıb.

"Atletiko Nasyonal" və "Şapekoense" iki oyundan ibarət final matçında üz-üzə gəlməli idi. İlk oyunun dekabrın 1-də Kolumbiyanın Medelyin şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Bu görüşə gedən Braziliya klubu üzvlərinin oduğu təyyarə Bakı vaxtı ilə bu gecə qəzaya uğrayıb. Nəticədə 81 sərnişindən 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən ikisi - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.