» » » Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

ucarliyiq.bizun məlumatına görə, turun son oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Turnir cədvəlinin liderini müəyyənləşdirən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

Azarkeşlər ikinci hissədə qol görüb. "Qırmızı-qaralar"ın heyətində Filip Ozobiç qapıçı İbrahim Şehiçi də keçərək hesabı açıb. Növbəti qol oyunun 87-ci dəqiqəsində vurulub. Bu dəfə isə fərqlənən tərəf meydan sahibləri olublar.

"Qəbələ"nin müdafiəçisinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub. Topa yaxınlaşan Riçard Almeyda hesabı bərabərləşdirib - 1:1. Oyunun son dəqiqələrində Dino Ndlovu komandasının ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.

Oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda "Qarabağ" 31 xalla birinci pilləyə yüksəlib. "Qəbələ" isə 28 xalla ikincidir.