» » » Milli Olimpiya Komitəsində vitse-prezident və baş katib postuna seçkilər keçiriləcək

Milli Olimpiya Komitəsində vitse-prezident və baş katib postuna seçkilər keçiriləcək

Milli Olimpiya Komitəsində vitse-prezident və baş katib postuna seçkilər keçiriləcək
Milli Olimpiya Komitəsində dekabrın 1-də növbəti 4 il müddətinə seçkilər keçiriləcək.

ucarliyiq.bizun məlumatına görə, qapalı iclasda MOK-un vitse-prezidentləri, İcraiyyə Komitəsinin və Təftiş Komisiyyasının yeni üzvləri, həmçinin baş katib müəyyənləşəcək.

Hazırda Komitəyə ölkə Prezidenti İlham Əliyev rəhbərlik edir. MOK-un İcraiyyə Komitəsinin üzvləri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Çingiz Hüseynzadə, millət vəkilləri Ağacan Abiyev, Rauf Əliyev, Əməkdar İdman Ustası Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, əməkdar bədən tərbiyəsi və idman ustası Rəfiqə Şabanova, Natiq Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Zərifə Salahova, Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarovdur. Daha bir üzv, Azərbaycanın tanınmış futbolçusu Ələkbər Məmmədov isə vəfat edib.

Qurumun vitse-prezidentləri A.Rəhimov, Ç.Hüseynzadə və X.İsayev, baş katibi isə A.Abiyevdir.

Qeyd edək ki, qurumun prezidentinin səlahiyyət müddəti 8, digər üzvlərdə isə 4 ildir.