» » » Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı rəsmən dəyişdirilib

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı rəsmən dəyişdirilib

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı rəsmən dəyişdirilib
Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.

Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq.

Bu addım Qran Prinin "24 saat Le Man" marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.

Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.



26 mart



Melburn



Avstraliya



9 aprel



Şanxay



Çin



16 aprel



Bəhreyn



Bəhreyn



30 aprel



Soçi



Rusiya



14 may



Barselona



İspaniya



28 may



Monte Karlo



Monako



11 iyun



Monreal



Kanada



25 iyun



Bakı



Azərbaycan



9 iyul



Şpilberq



Avstriya



16 iyul



Silverstoun



Böyük Britaniya



30 iyul



Budapeşt



Macarıstan



27 avqust



Spa-Frankorşamp



Belçika



3 sentyabr



Montsa



İtaliya



17 sentyabr



Sinqapur



Sinqapur



1 oktyabr



Sepanq



Malayziya



8 oktyabr



Suzuka



Yaponiya



22 oktyabr



Ostin



ABŞ



29 oktyabr



Mexiko



Meksika



12 noyabr



San Paulu



Braziliya



26 noyabr



Abu Dabi



BƏƏ