» » » İrlandiya yığmasının baş məşqçisi Azərbaycanın cəlbedici təklifindən imtina edib

İrlandiya yığmasının baş məşqçisi Azərbaycanın cəlbedici təklifindən imtina edib

İrlandiya yığmasının baş məşqçisi Azərbaycanın cəlbedici təklifindən imtina edib
Boks üzrə İrlandiya yığmasının baş məşqçisi Zaur Antia Azərbaycanın təklifindən imtina edib. ucarliyiq.bizun məlumatına görə, bu barədə gürcüstanlı mütəxəssisin özü "İrish İndepent"ə açıqlamasında bildirib.

O, hazırkı iş yerində qalmağa üstünlük verdiyini deyib: "Düşünürəm ki, elə İrlandiya millisində qalmalıyam. Gələcəkdə nələrin baş verəcəyini görəcəyik. İstəyirəm ki, bu komanda hörmət görsün. Çünki yaxşı komandadır. Mənim komandam daha çox hörmətə layiqdir".

Nəşr Azərbaycan tərəfinin təcrübəli mütəxəssisə olimpiya medalı qarşılığında onun hazırkı məvacibindən iki dəfə çox - 6 rəqəmli əmək haqqı təklif etdiyini yazıb.

Qeyd edək ki, Zaur Antianın rəhbərliyi altında İrlandiya boksçuları bu il dünya və Avropa çempionatında 17 medal qazanıb. Lakin onlar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medalsız qalıblar.