» » » Azad Rəhimov "Formula-1" üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə münasibət bildirib

Azad Rəhimov "Formula-1" üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə münasibət bildirib

Azad Rəhimov "Formula-1" üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə münasibət bildirib
Gənclər və idman naziri Azad Rəhimov 2017-ci il üçün "Formula- 1" təqvimində Bakıda keçiriləcək Qran-prinin adının və vaxtının dəyişdirilməsinə münasibət bildirib.

ucarliyiq.bizun məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini söyləyib.

O deyib ki, gələn il iyunun 25-də dünyanın "Formula-1" həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək: "Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran-prisi yox, Azərbaycan Qran-prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək. Yəni, bu Qran-pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşın və avadanlığın Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik".