» » » Nazir: "Komanda idman növlərində də nailiyyətlər əldə edilməlidir"

Nazir: "Komanda idman növlərində də nailiyyətlər əldə edilməlidir"

Nazir: "Komanda idman növlərində də nailiyyətlər əldə edilməlidir"
Milli Olimpiya Komitəsinin (MOK) qarşısında duran hədəflər müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə jurnalistlərə MOK-un vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 18 medal qazanılıbsa, "Tokio-2020"də bu rəqəm daha çox olmalıdır.

Nazir komanda növlərində də uğurların qazanılmasının vacibliyini vurğulayıb: "İndi həndbol və voleybol federasiyalarına yeni prezidentlər seçilib. Futbolda uğurlarımız göz qabağındadır. Bunlar o deməkdir ki, qarşımızda duran yeni hədəf komanda idman növlərinin daha yüksək mərhələyə çatdırılması və nailiyyətlərin əldə edilməsidir".

A.Rəhimov bunlarla yanaşı, əldə olunan uğurları qorumalarının, bütün tələblərə uyğun idman siyasəti aparmalarının gərəkliyini dilə gətirib: "Məqsədimiz odur ki, idmana daha çox gənc cəlb olunsun, idman qurğularının qapıları açıq olsun və orada müasir səviyyəli işlər təşkil olunsun".