» » » Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.

ucarliyiq.bizun məlumatına görə, mərhələnin oyunları iki gün ərzində baş tutacaq.

Hər bir Premyer Liqa təmsilçisinin rəqibi I Divizionda çıxış edən komandalar olacaq. İlk oyunda aşağı dəstədə çıxış edən MOİK-lə Prmeyer Liqa təmsilçisi "Sumqayıt" üz-üzə gələcək. Elitada uğursuzluq zolağından çıxa bilməyən "Neftçi" "Şərurspor"u sınağa çəkəcək. Bakının "İnter" klubu "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirəcək. Komandaların bu günədək ölkə kubokunda yolları kəsişməyib.

AZAL isə Premyer Liqada sonuncu yeri tutaraq diviziona dşüən "Rəvan"ı qəbul edəcək. Paytaxt təmsilçiləri 6 il əvvəl də indiki kimi 1/8 finalda görüşüblər. Həmin vaxt səfərdə oynayan AZAL 2:1 hesablı qələbə qazanıb.

Mərhələnin digər 4 oyunu sabah keçiriləcək.

14:00. MOİK - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

"Bayıl Arena"

15:00. "İnter" - "Qaradağ Lökbatan"

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Murad Məmmədov

"İnter Arena"

16:00. AZAL - "Rəvan"

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Şahin Cəfərov

"AZAL Arena"

17:00. "Neftçi" - "Şərurspor"

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

"Bakcell Arena"