» » » Polisin yaxaladığı şəxsin başqa cinayəti üzə çıxdı – BAKIDA

Polisin yaxaladığı şəxsin başqa cinayəti üzə çıxdı – BAKIDA

Polisin yaxaladığı şəxsin başqa cinayəti üzə çıxdı – BAKIDA

Bakıda xuliqanlıq etdiyinə görə tutulmuş şəxsin quldurluq etməsi də müəyyən edilib. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini Əhməd Həziyevə qarşı xuliqanlıq etmiş həmyerlisi Araz Məhərrəmov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 7-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təmraz Bəşirovla birgə Namiq Quliyevin 250 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə T. Bəşirov da tutulub.