» » » QANLI OLAY! Qadın ərini öldürdü- TƏFFƏRÜAT

QANLI OLAY! Qadın ərini öldürdü- TƏFFƏRÜAT

QANLI OLAY! Qadın ərini öldürdü- TƏFFƏRÜAT

İyulun 23-də Bakının Ramana qəsəbəsində qadının həyat yoldaşını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub.

Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.