» » » Bakıda kişi arvadını bıçaqladı

Bakıda kişi arvadını bıçaqladı

Bakıda kişi arvadını bıçaqladı

Bakının Xəzər rayonunda bıçaqlanma olub. Ucarliyiq.biz teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.