» » » Qonşularını öldürdü, doğradı, başlarını qaynatdı...

Qonşularını öldürdü, doğradı, başlarını qaynatdı...

Qonşularını öldürdü, doğradı, başlarını qaynatdı...

Rusiyanın Sankt-Peterburq şəhərində bir adam iki qonşusunu öldürdükdən sonra tikələrə ayırıb unitaza atıb, kəsdiyi başlarını isə qaynadaraq yox etməyə çalışıb.

Sonxber.az publika.az-a istinadən xəbər verir ki, 64 yaşlı qatil mübahisə etdiyi qonşuları: 47 yaşlı kişini və onun 35 yaşlı həyat yoldaşını tapança ilə vuraraq öldürüb. "Itar Tass"ın məlumatına görə, 67 yaşlı kişi daha sonra cəsədləri məhv etmək üçün meyidləri kiçik tikələrə ayırıb. Qatil qurbanlarının tikələrini bir-bir unitazın içinə ataraq cəsədləri yox etməyə çalışıb.

Ancaq kanalizasiya sisteminin tutulması nəticəsində həqiqət ortaya çıxıb. Belə ki, kanalizasiya tutulduğu üçün başqa qonşular çilingər çağırmalı olub. Çilingərin gəlməsi dəhşətli olayın üstünü açıb. Cinayətkarın evindən suda qaynadılaraq baş dəriləri soyulmuş iki kəllə tapılıb.