» » » QANLI OLAY! Qoca nənə və babasını vəhşicəsinə öldürdü

QANLI OLAY! Qoca nənə və babasını vəhşicəsinə öldürdü

QANLI OLAY! Qoca nənə və babasını vəhşicəsinə öldürdü

33 yaşlı nəvə nənəsini və babasını amansızcasına bıçaqlayaraq qətlə yetirib.

Ucarliyiq.biz məlumat verir ki, hadisə Volqaqradda baş verib. Belə ki, axşam saatlarında evə sərxoş halda gələn Aleksandr Opilat itirdiyi sənədlərini axtarmağa başlayıb. 75 yaşlı nənənin axtarışı sabaha saxlamaq təklifi Aleksadrı özündən çıxarıb. O, doğma nənəsinə 12 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Köməyə gələn 81 yaşlı babasınıda doğrayıb. Bundan sakitləşməyən nəvə sonda həyətdəki pişiyində başını kəsib.

Faktla bağlı məhkəmə qərarına əsasən (Qəstdən Adam Öldürmə) maddəsi ilə nəvə 20 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zamanı cinayətkar özünü manyak adlandırıb.

Qeyd edək ki, Aleksandr Opilat əvvəllərdə məhkum həyatı sürüb.

Aysel Əliyeva