» » » "Onu keçmiş arvadımla bağ evində birgə gördüm"

"Onu keçmiş arvadımla bağ evində birgə gördüm"

"Onu keçmiş arvadımla bağ evində birgə gördüm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxebe.az report-a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində özünü təqsirli olduğunu deyib. İ.Bəbirov bildirib ki, hadisədən əvvəl keçmiş həyat yoldaşı ilə qətlə yetirilən Malik Muradovu bağ evində bir yerdə görüb: "Həmin vaxt hər ikisinin şəklini çəkdim. Evimdə yatırdım. Malik 4-5 nəfərlə birgə evimə soxulub, mənə hücum etdi. Mən də bundan sonra onu güllələdim".

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

İlkin məlumata görə, İ.Bəbirov hadisəni namus üstündə törətdiyini bildirib. O, ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri M.Muradovun baş nahiyəsinə dəyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.