» » » "Lotu Quli" həbsxanadan Lənkəranski ilə bağlı tapşırıq verdi

"Lotu Quli" həbsxanadan Lənkəranski ilə bağlı tapşırıq verdi

"Lotu Quli" həbsxanadan Lənkəranski ilə bağlı tapşırıq verdi

Türkiyənin İstanbul şəhərində güllələnərək öldürülən "qanuni oğru" Rövşən Lənkəranskinin ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifov da həyəcan və narahatlqıla qarşılayıb. "Lotu Quli" "oğru" dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib. Vəkil deyib ki, Rövşən Lənkəranskinin ölümünə heç kim sevinmir:

"Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi".

Vəkil əlavə edib ki, hər halda "Lotu Quli" Rövşən Lənkəranskinin dəfn mərasimini diqqətsiz buraxmayacaq:

"Təbii ki, təcridxanada onun telefonu yoxdur. Amma hansısa vasitələrlə Nadir Səlifov Rövşən Lənkəranskinin məzarına əklil göndətdirəcək. Mən belə məsələlərə qarışmırasm. Amma məncə onların müəyyən əlaqələri var idi".

Qeyd edək ki, "Loti Quli"nin Rusiya kriminal aləminə Ded Xasandan sonra "xaç atası" olmağa iddialı Şakro Molodoyla ədavətinin olduğu bildirilir. Məlumatlara görə, Şakro Molodoy həbsdən çıxdıqdan sonra "oğru" sıralarında təmizlənməyə ehtiyac olduğunu deyib. Onun təşəbbüsü ilə "Lotu Quli"nin hazırda Türkiyədə yaşayan kiçik qardaşı Namik Səlifovun "qanuni oğru" statusunun alınması ilə bağlı "sxodka" keçirilsə də, sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb. Və Namik Səlifovun statusuna toxunulmayıb. Ancaq bəzi dairələrin Nadir Səlifov və Şakro Molodoy arasında münasibətlərin gərginləşməsinə çalışdıqları bildirilir. R.Lənkəranskinin qətlinin ehtimal olunan sifarişçiləri arasında Şakro Molodoy ilk sırada dayanır.