» » » Lənkəranskinin ardınca killerlər başqa "oğru"ların ovuna çıxıb

Lənkəranskinin ardınca killerlər başqa "oğru"ların ovuna çıxıb

Lənkəranskinin ardınca killerlər başqa "oğru"ların ovuna çıxıb

Rövşənin qətli ilə kriminal müharibə sona çatmayacaq.

İstanbulda güllələnən Rövşən Canıyevdən başqa killerlər bir sıra "qanuni oğruların" ovuna çıxıblar.

Bu barədə "Rosbalt"a vəziyyət ilə əlaqədar olan mənbə bildirib.

Mənbənin məlumatına görə, "qanuni oğru" Rövşən Canıyevin qətli ilə kriminal müharibə sona çatmayacaq.

"Killerlər Rövşənin daxil olduğu klana aid bir qrup "qanuni oğruların" qətlinə dair "sifariş" alıblar, - agentliyin həmsöhbəti bildirib. – Onların arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər onu da izləyirlər.

Bundan başqa Cemal Mikeladze həbsxananın astanasından addım atan kimi, o da gülləyə tuş gələ bilər. Hazırda o, Rusiyadan İtaliyaya ekstradisiyanı gözləyir".

///ucarliyiq.biz