» » » Usta ev sahibini hədələyib pulunu aldı -BAKIDA

Usta ev sahibini hədələyib pulunu aldı -BAKIDA

Usta ev sahibini hədələyib pulunu aldı -BAKIDA

DİN-in mətbuat xidməti xəbər verir ki, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.

Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.(virtualaz.org)

Usta işlədiyi evin sahibəsinə qarşı cinayət törədib