» » » 28 yaşlı oğlanın meyiti tapılıb

28 yaşlı oğlanın meyiti tapılıb

28 yaşlı oğlanın meyiti tapılıb

Araz çayında batmış Saatlı sakininin meyiti tapıldı
Ötən gün Araz çayında batmış 28 yaşlı Saatlı sakininin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən bu dəqiqələrdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xalid Alışovun cəsədi batdığı yerdən 15 metr aralıda aşkarlanıb.

Xatırladaq ki, Xalid Alışov dünən günorta saatlarında Araz çayında çimərkən boğulub. Hadisə Arazın Xəlfəli kəndindən keçən hissəsində baş verib. Hava isti olduğundan Xalid və dostu çayda çimmək qərarına gəliblər. Amma o, qəflətən batmağa başlayıb, yanında olan dostu kömək etmək istəsə də bacarmayıb.(virtualaz.org)