» » » Girov götürülmüş Ağdaş sakinindən xəbər var

Girov götürülmüş Ağdaş sakinindən xəbər var

Girov götürülmüş Ağdaş sakinindən xəbər var

Ağdaş sakininin Moskvada girov götürülməsi faktının bəzi detalları məlum olub.

Ağdaş rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək, oğlunun Moskvada girov götürüldüyünü, onun azadlığa buraxılması üçün 10 min manat tələb olunduğunu bildirib.

Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.

Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.

Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb.