» » » DƏHŞƏT! Qardaşını və onun üç övladını doğrayıb evi yandırdı

DƏHŞƏT! Qardaşını və onun üç övladını doğrayıb evi yandırdı

DƏHŞƏT! Qardaşını və onun üç övladını doğrayıb evi yandırdı

Türkiyənin Ədirnə vilayətində eyni ailənin 4 üzvü qətlə yetirilib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, narkotik istifadəçisi olan Fəyyaz D. qardaşını və onun 3 azyaşlı övladını kərki ilə öldürəndən sonra meyitləri doğrayıb. İzi itirmək üçün isə evi yandırıb.

Məlumata görə, qətl törədən şəxsin böyük qardaşı Bülənd D. də narkoman olub. Onlar birlikdə narkotik vasitə qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində Fəyyaz D. qardaşı ilə onun 12 yaşlı qızı Büşra, 9 yaşlı oğlu Ərtoğrul və 3 yaşlı oğlu İsmayılı qətlə yetirib, evi tərk edib. Evdən tüstü çıxdığını görən qonşular yanğınsöndürənlərə xəbər veriblər. Yanğının qarşısı vaxtında alındığından meyitlər yanmayıb və hadisənin üstü açılıb. Fəyyaz D. tezliklə yaxalanıb.

Bildirilir ki, uşaqların anası ərinin narkoman olması səbəbindən bir müddət əvvəl evi tərk edib. Buna görə uşaqların Uşaq evinə göndərilməsinə hazırlıq gedirmiş.

Məlumata görə, hadisənin baş verdiyi məhəllədə narkotik vasitələr açıq şəkildə satılır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, polis orqanları lazımi tədbirlər görmür.(

DƏHŞƏT! Qardaşını və onun üç övladını doğrayıb evi yandırdı
DƏHŞƏT! Qardaşını və onun üç övladını doğrayıb evi yandırdı