» » » Azərbaycanlıların bazarında atışma olub

Azərbaycanlıların bazarında atışma olub

Azərbaycanlıların bazarında atışma olub

Bu gün səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin ən iri topdansatış meyvə-tərəvəz bazası "Sofiysk"də atışma baş verib.

fontanka.ru-nun verdiyi xəbər görə, saat 7 radələrində bazanın ərazisində silah səsləri eşidilib, bazarın işçilərindən biri travmatik tapançadan digərinə atəş açıb və hadisə yerindən qaçıb. İnsidentlə bağlı bazara çoxsaylı polis naryadı, o cümlədən OMON göndərilib. Bazarın giriş-çıxışı bağlanıb.

"Sofiysk" meyvə-tərəvəz bazası azərbaycanlıların nəzarətindədir və adı tez-tez kriminal hadisələrdə hallanır. Bu ilin iyun ayında bazarda azərbaycanlı güllələnib. Onu güllələyən və qətlin sifarişçisi də azərbaycanlı olub.