» » » Cəlilabad sakini bıçaqlanıb

Cəlilabad sakini bıçaqlanıb

Cəlilabad sakini bıçaqlanıb

Bakı və Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

DİN-nin saytında verilən məlumata görə, avqustun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Kəmalə Həsənovanın evində qohumu Xəyal Həsənov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənov tutulub.

Avqustun 22-də Cəlilabad şəhərində isə şəhər sakini Səid Əzimov münaqişə zəminində qonşusu Məmmədəli Kərimovu bıçaqlayıb. Cəlilabad RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əzimov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.