» » » Yardımlıda oğul atasını öldürüb

Yardımlıda oğul atasını öldürüb

Yardımlıda oğul atasını öldürüb

Yardımlıda qətl hadisəsi törədilib.

Hadisə ötən gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Sabir oğlu Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vurub. N. Şahverənov aldığı yaradan hadisə yerində ölüb.

Qətli törətmiş Q. Şahverənov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(apa.az)